“Səs Azərbaycan” layihəsinin ilk mövsümünün qalibi “Emy Lia” bu il Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparanlar arasında yer alırdı. Seçimlərə 2 mahnı ilə qatılan sənətçi onlardan “Change Everything” adlı mahnını kliplə birgə ictimaiyyətə təqdim edib.

“Emy Lia” “12 Xal”a verdiyi müsahibədə mahnıya ilk dinləmədən vurulduğunu açıqlayıb. O həmçinin dinləyicilərə mahnını dinləyərkən özlərinə aid olanı götürüb, zəncirləri qırıb istədikləri kimi yaşamasını dilədiyini söyləyib.

“Change Everything” 8 mart tarixində bütün musiqi platformlarında yayımlanıb. Rəsmi musiqi videosunun “YouTube” platformasında hazırda 6 mindən çox baxış sayı var. Mahnıda milli musiqi alətlərinə yer verilməsi dinləyicilər tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, mahnının bəstəsi Avroviziya seçimlərində iştirak edən Etibar Əsədliyə, sözləri isə Nataşa Brauna məxsusdur. Musiqi videosunun rejissoru isə Elvin Cabbarovdur. Onun seçimlərdə ifa etdiyi və finala yüksələn digər mahnısını isə seçimlərdə iştirak edən digər iştirakçı, “Qorqud” bəstələyib.

“INFE Azerbaijan” komandası olaraq “Emy Lia”-ya uğurlar arzu edir, gələcək işlərini görmək və dinləmək üçün isə səbirsizlənirik.