Avroviziya 2008 və 2015 iştirakçısı, O Səs Türkiyə yarışmasının qalibi Elnur Hüseynov “Monster Pop” adlanan yeni mahnı və klipini təqdim edib.
Bəstənin sözləri Jay Hun (Ceyhun Bayramlı)-ya, musiqisi Aiselə, aranjimanı Emin Karimə məxsusdur.
Klipi rejissor Khayal Salimov və Amaze Studio ekranlaşdırıb. Ekran işi maraqlı süjet xətti əsasında lentə alınıb.
“Monster Pop”-u 7 apreldən bütün musiqi platformalarımda dinləyə bilərsiz.