Ölkəmizi bu il Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək istəyənlər arasında “Land of Fire 2010 “ milli seçim turu iştirakçısı Elli Mishiyeva da var.
Elli, klubumuzla olan söhbətində ötən gün İctimai kanal tərəfindən elan edilən ifaçı və mahnı seçiminə müraciət edəcəyini qeyd edib.
Elli (Elvira) Mishiyeva kimdir?
1987-ci ildə Bakıda anadan olan yəhudi əsilli Elvira, 5 yaşından Almaniyada yaşayır. O, 2007-ci ildə yaranan Bisou qrupunun üzvlərindən biri olub. Almaniyanın Popstars yarışmasının 5-ci mövsümündə iştirak edib.
Avroviziyaya nəinki Azərbaycan, həmçinin Almaniyada heç uzaq qalmayan Elli, 2017-ci ildə “Unser Song 2017” milli seçim turunda da yarışan 33 iştirakçıdan biridir.
Qeyd edək ki, Elli Mishiyeva 2010-cu ildə milli seçim turunda yarımfinal mərhələsinə qədər gəlmişdi. İfa etdiyi “Up, up” mahnısı isə Isa Məlikov və Paulina Məlikova ilə birgə yazmışdı.