INFE Azerbaijan

Official Member of INFE Network

Eleftheria Eleftheriou Azərbaycanda!

2012-ci ildə Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil edən Eleftheria Eleftheriou 10 il sonra yenidən Azərbaycana gəldiyini Instagram profilində izləyiciləri ilə paylaşıb.

Paylaşımlarından məlum olub ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADDIM Gənclər Təşkilatının birgə təşkil etdiyi “Welcome to Shusha” layihəsi çərçivəsində bir çox ölkədən dəvət olunan bloger ve influenserlərin arasında sözü gedən Avroviziya təmsilçisi də yer alır.

Qeyd edək ki, Eleftheria Eleftheriou Aphrodisiac adlı mahnısıyla yarışmada 17-ci yerdə qərarlaşmışdı.

Next Post

Previous Post

© 2022 INFE Azerbaijan

Theme by Anders Norén