Əfsanəvi ssenari müəllifi bu il də Avroviziyanı yaddaqalan etmək üçün əlindən gələni edəcək. Edvard af Sillen və Daniel Rehn 68-ci Avroviziya Mahnı Müsabiqəsinin ssenari müəllifləri kimi geri dönürlər. Onlar buna kimi 2013 (Malmö) və 2016 (Stokholm) müsabiqələrində də birlikdə çalışıblar.

Edvard Af Sillen “Melodifestivalen” və Avroviziya Mahnı Müsabiqəsində rejissor, şərhçi və ssenarist kimi fəaliyyət göstərib. O cümlədən Fredrik Kempe və Daniel Rehn ilə birlikdə müsabiqə azərkeşlərinin sevimli himninə çevirilən “Love Love Peace Peace” interval aktını yazıb. İlk filmi olan “Medicinen”i yazdıqdan sonra ikinci filmi “Holy Mass” 2015-ci ilin ən çox baxılan İsveç filmi olub. 2019-cu ildə o, Tomas Ledinin musiqisi əsasında çəkilmiş və Malin Akermanın baş rolda oynadığı “A Piece of My Heart” adlı musiqili filmin çəkilişlərinə başçılıq edib. “Guldbagge” mükafatlarında “Tamaşaçılar” mükafatına namizəd göstərilib.

İndi isə o Malmö səhnəsini Daniel Rehn ilə birlikdə unudulmaz etməyə hazırlaşır.