Estoniya bu il də Avroviziya Mahnı Müsabiqəsi üçün seçimini milli seçim turu Eesti Laul ilə qərarlaşdırır.

Bu gün Tõnis Niinemets və Grete Kuldun təqdimatıyla baş tutan birinci yarımfinalda 10 iştirakçıdan 5-i finala vəsiqə qazanıb.

Birinci yarımfinal iştirakçılarını buradan dinləyə bilərsiniz.

Final mərhələsinə keçən iştirakçılar:

-Andreas – “Why Do You Love Me”
-Ollie – “Venom”
-Bedwetters – “Monsters”
-Anett & Fredi – “You Need To Move On”
-Janek – “House of Glass”

Qeyd edək ki, 14 yanvarda digər 10 iştirakçı ikinci yarımfinalda finala keçmək uğrunda mübarizə aparacaq. Final isə 11 fevral tarixində baş tutacaq.