Bu gün Estoniyanın milli seçim turu “Eesti Laul”un yarımfinal mərhələsi baş tutacaq və bu mərhələdə 15 iştirakçı çıxış edəcək. İştirakçılar arasında ötən il Alikaya məğlub olaraq 2-ci yerdə qərarlaşan Olli, Baltik regionunda xüsusi məşhurluğu ilə bilinən “Ewert and The Two Dragons” qrupu, eləcə də Estoniyanı 2005 və 2017-ci illərdə təmsil etmiş Laura da yer alır. Tam siyahı və mahnılar belədir:

  1. 5miinust” və Puuluup — “(Nendest) narkootikumidest ei tea me (küll)”
  2. İnqa — “No Dog on a Leash”
  3. Olli — “My Friend”
  4. Yonna — “I Don’t Know About You”
  5. Peter Pöder — “Korra veel”
  6. “Cartoon” və Evert Sundya — “Oblivion”
  7. Traffic — “Wunderbar”
  8. İnqmar — “Dreaming”
  9. Anet Vaikmaa — “Serotoniin”
  10. Laura — “Here’s Where I Draw the Linex”
  11. Sofiya Rubina — “Be Good”
  12. Antsud — “Vetevaim”
  13. Silver Cusilo — “Lately”
  14. Sesiliya — “FOMO”
  15. Ewert and The Two Dragons — “Hold Me Now”

Qeyd edək ki, bu mərhələdən 5 iştirakçı final mərhələsində iştirak etmək üçün vəsiqə qazanacaq. 17 fevral tarixində baş tutacaq final mərhələsində birbaşa finalda iştirak etməyə haqq qazanmış 5 iştirakçı da olmaqla toplamda 10 iştirakçı Estoniyanı Avroviziya 2024-də təmsil etmək üçün mübarizə aparacaq.

Yarımfinal mərhələsini yerli vaxtla 21:15-də aşağıdakı linkdən canlı izləyə bilərsiniz:

https://etv.err.ee/