Estoniyanın ictimai kanalı ERR, milli seçim turu olan Eesti Laulda yarışacaq iştirakçıların adlarını açıqlayıb. Mahnılar isə dekabr ayında yayımlanacaq.
İştirakçılar arasında ötən ilin Eesti Laul qalibi Uku Suviste, Estoniyanı 2014-cü ildə təmsil edən Tanja, 2016 təmsilçisi Jüri Pootsmann, 2017 təmsilçisi Koit Toome və 1996-cı il təmsilçilərindən biri olan Ivo Linna var.
Milli seçim turunda yarışacaq 24 iştirakçı:
- Nika Marula – Calm down
- Kéa – Hypnotized
- Gram-Of-Fun – Lost In A Dance
- Jüri Pootsmann – Magus melanhoolia
- Helen – Nii kõrgele
- Hans Nayna – One By One
- REDEL – Tartu
- Uku Suviste – The Lucky One
- WIIRALT – Tuuled
- Koit Toome – We Could Have Been Beautiful
- Andrei Zevakin & Pluuto – Wingman
- Tuuli Rand – Üks öö
- Heleza – 6
- Alabama Watchdog – Alabama Watchdog
- Tanja – Best Night Ever
- Kadri Voorand – Energy
- Kristin Kalnapenk – Find A Way
- Egert Milder – Free Again
- Suured tüdrukud – Heaven’s Not That Far Tonight
- Uku Haasma – Kaos
- Karl Killing – Kiss Me
- Ivo Linna, Robert Linna, Supernova – Ma olen siin
- Rahel – Sunday Night
- Sissi – Time
Qeyd edək ki, yarışmanın yarımfinalları COVID-19 səbəbi ilə auditoriyasız 18 və 20 fevralda, finalı isə 6 martda baş tutacaq. Finalda izləyicilərin iştirak edib-etməyəcəyi hələ bəlli deyil.