Gürcüstan müsabiqə mahnısı olan ”Echo”-nu təqdim etdi.
Bu il ölkəsi Gürcüstanı təmsil edən İru, bizlərə heç də yad deyil. O, 2011 Uşaq Avroviziya Mahnı Müsabiqəsinin qalibidir. Yenidən Avroviziya səhnəsinə qayıdan İru illərdi finala keçə bilməyən ölkəsinə qalibiyyəti bir daha gətirə biləcəkmi?
Qeyd edək ki, “Echo”-nun musiqisi Giqa Kuxianidze, sözləri isə Beni Kadagidzeyə və İruya aiddir. Video klipin rejissoru Zaza Oraşvili, lahiyə rəhbəri isə Şako Popiaşvili və Marika Kurdubadzedir. Layihənin xoreoqrafı Giorgi Toriaşviliyə məxsusdur.