Gürcüstan 2023 Eurovision mahnısının təqdimatı Bakı vaxtı ilə saat 21:00-da Eurovision Mahnı Müsabiqəsinin rəsmi Youtube kanalında olunacaq.
Bir saat sonra Gürcüstanın birinci kanalında rəsmi videonun premyerası olacaq.
“Echo”-nun musiqisi Giqa Kuxianidze, sözləri isə Beni Kadagidzeyə və İruya aiddir. Video klipin rejissoru Zaza Oraşvili, lahiyə rəhbəri isə Şako Popiaşvili və Marika Kurdubadzedir. Layihənin xoreoqrafı Giorgi Toriaşviliyə məxsusdur.
Xatırladaq ki, Gürcüstan mayın 11-də ikinci yarımfinalda mübarizə aparacaq. Müsabiqənin yarımfinal və final mərhələləri Gürcüstanın İctimai Yayımçısı tərəfindən yayımlanacaq.