Hər keçən zaman bizi Avroviziya Mahnı Müsabiqəsinə daha da yaxın edir. Qarşımıza gələn dekabr ayı bizim bu mövsümə isinməyimizə yardımçı olacaq kimi görünür. Və budur, 2024 Avroviziya Mahnı Müsabiqəsinin dekabr təqvimi:

Ayın ilk günü biz “Melodifestivalen 2024”də yarışacaq namizədləri öyrənmiş olacağıq. Ardınca isə yarışmaya geri dönən Lüksemburqun milli finalında yarışacaq olan namizədlər təqdim ediləcək.

Təqvimlər dekabr 3-ünə gəldiyi zaman İtaliyanın məşhur Sanremo Festivalından qaynar xəbərlər gəlməyə başlayacaq. Görək, həqiqətən də iddia edilən namizədəri “Sanremo” səhnəsində görə biləcəyikmi?

Ayın ilk bazar ertəsi, 4 dekabr bizim artıq açıqlanan iki Avroviziya mahnımız olacaq. Çexiya öz təmsilçi və mahnısını elan edəcək.

8 dekabr: Baltik ölkələrindən Estoniya bizə öz namizədlərini mahnıları ilə birlikdə təqdim edəcək;

11 dekabr: Sloveniya dəyişən formatında yeni seçim turu “Misija Malmö”nün iştirakçılarını təqdim edəcək;

14 dekabr: İspaniya onları təmsil etməyə hazır olan namizədlərin mahnılarını bölüşəcək;

19 və 22 dekabr aralığında dörd gecə ard-arda Albaniyanın ənənəvi musiqi festivalı “Festivali i Kengës” baş tutacaq. 22 dekabrda yayımlanacaq olan böyük finalda Albaniya onları təmsil edəcək namizədi və mahnını bəlli edəcək;

29 dekabr Ukraynadan “Vi̇dbi̇r 2024” finalında yarışacaq olan ifaçıların tam siyahısını təqdim olunacaq.