15 aprel tarixində Azərbaycan musiqisinin sevilən siması, öz unikal musiqi tərzi ilə izləyicilərin sevgisini qazanan Çingiz Mustafayev “Atəşgah məbədi” Dövlət Tarix-memarlıq Qoruğunda özünün spiritual konsertini verdi. Gözlənildiyi kimi, Çingiz sevərlər hava şəraitinə baxmayaraq, məkana toplaşdı və ney sədaları altında ruhu dincəldən musiqi ürəkləri isindirdi.

20:00-da start götürən konsert proqramında Mustafayev özünün etnik çalarlardan ibarət zəngin repertuarına müraciət etdi. Onu da qeyd etmək lazımdır ki, bu Rumi gecəsi ölkəmizdə ilk dəfə təşkil olundu.

Proqramın təşkilatçısı, Azərbaycanda bir sıra uğurlu işlərə imza atmış Tərxan Tərlanzadə idi. Tərlanzadə gecədə Çingizin ecazkar ifasına mey musiqi aləti ilə yanaşı səmazərləri də daxil etdi. Alınan görüntü isə həm izləyicilər, həm də INFE Azərbaycan media qurumu tərəfindən maraqla qarşılandı.

Tərxan Tərlanzadə gecənin bir parçası olan hər kəsi ruh əkizi adlandırdı. Və insanların bir-birilərini tanımasına çağırdı.

Konsert əsnasında Çingiz Mustafayev gecədə iştirak edən hər kəsin komplekslərini kənara qoymasını və ritmə ayaq tutmasını istədi. Zaman keçdikcə konseptə uyğun məkanda odlar qalandı. Bu da konsertə fərqli bir hava qatdı.
Rumi havası ölkəmizdə olan fərqli maraqlara sahib insanları da bir araya toplamışdı. Buna Çingizin növbəti uğuru deyə bilərik.

INFE Azərbaycan olaraq göstərilən xüsusi diqqətə görə minnətdarıq!