Azərbaycanı “Eurovision-2019” yarışmasında təmsil edəcək Çingiz Mustafayev İtaliya təmsilçisi Mahmudla görüşüb. “Eurovision” öncəsi hər iki ölkə təmsilçisi bərabər şəhəri gəziblər. Hər iki ifaçı Təl-Əvivə eyni məqsədlə, “Eurovision 2019” video çarxın çəkilişi üçün gedib. Təl-Əvivə səfərləri eyni tarixə təsadüf edən ifaçılar qərara gəliblər ki, gərgin qrafikdən bir az zaman ayırıb bir-biri ilə görüşsünlər və günəşli İsraili, eyni zamanda yaxınlıqda yerləşən Ramat-Qanı gəzib görsünlər.

Çingiz və Mahmud görüşləri zamanı “Eurovision 2019”-un digər təmsilçiləri barədə də danışıblar. Onlar bu danışıq zamanı öz həyəcanlarını da gizlətməyiblər. Sonra isə hər iki ölkə təmsilçisi müsabiqədə ifa edəcəkləri mahnılarını oxuyublar.
Çingiz Mahmudun “Soldi” mahnısından, Mahmud isə Çingizin “Truth” mahnısından bir parça ifa edib.
Yenidən gərgin iş qrafikinə dönmədən əvvəl Cingizlə Mahmud may ayında rəsmi məşqlər arası yenidən görüşməyi qərarlaşdırıblar.