Bu ilin mayında Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkələrin Expo Təl-Əviv səhnəsində hansı nömrə altında çıxış edəcəyinə Eurovision.tv tərəfindən aydınlıq gətirildi.
Keçən il Aisel ilə Lissabon səhnəsində müsabiqənin açlışına edən Azərbaycan, bu il bütün finalçıları müəyyənləşdirəcək gecənin bağlanışını edəcək.
Gənc və istedadlı ifaçı Çingiz Mustafazadə “Truth” adlı mahnı ilə 18
nömrə altında səhnəyə çıxacaq.
Birinci yarı final – 14 may:
- Çernoqoriya
- Finlandiya
- Polşa
- Sloveniya
- Çexiya Respublikası
- Macarıstan
- Belarus
- Serbiya
- Belçika
- Gürcüstan
- Avstraliya
- İslandiya
- Estoniya
- Portuqaliya
- Yunanıstan
- San Marino
İkinci Yarımfinal – 16 May:
- Ermənistan
- İrlandiya
- Moldova
- İsveçrə
- Latviya
- Rumıniya
- Danimarka
- İsveç
- Avstriya
- Xorvatiya
- Malta
- Litva
- Rusiya
- Albaniya
- Norveç
- Hollandiya
- Şimali Makedoniya
- Azərbaycan
Qeyd edək ki, Təl-Əvivdə “Eurovision 2019” yarışmasının birinci yarımfinalı mayın 14-də, ikincisi həmin ayın 16-də, final mərhələsi isə mayın 18-da keçiriləcəkdir. Ümumilikdə builki müsabiqədə 41 ölkə təmsil olunacaqdır.