Aiko “Pedestal” mahnısı ilə Malmödə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı təmsil edəcək.

Ötən illərdən fərqli olaraq, bu il seçim mərhələsində vacib dəyişiklik edildi. Belə ki, ölkəni daha öncə Çex Respublikası vətəndaşı olan artistlər təmsil edə bilərdilərsə, artıq bu qayda ləğv edilib və bu da Rusiya Federasiyasının vətəndaşı olan müğənni üçün yaşıl işığı yandırıb.

Əslən çex olmasa da o, bu ölkəni çox sevdiyini, uşaqlıqdan bəri burada yaşadığı bildirir. Kariyerasının ilk addımını “Česko Slovenská SuperStar” yarışması ilə başlayan Aiko burada gözlədiyi uğuru əldə edə bilməsə də yolundan dönmür, 2020-ci ildə Londona köçən müğənni burada peşəkar kariyerasına başlayır.

Mahnısında qadının gücündən, feminizimdən, kürəyini güclü bir dayağa söykənəcəyindən bəhs edən Aikoya ümidlər də az deyil. Belə ki, Çexiyanın nümayəndə heyətinin rəhbəri Kriştof Şamal müğənni haqqında xoş fikirlərini bölüşüb:

Biz Avroviziyanın təmin etdiyi əhəmiyyətli resurslardan istifadə edərək və geniş hazırlıq vaxtı ayıraraq parlaq performans göstərmək üçün Aiko ilə işləməyə başlamaqdan məmnunuq. Əminəm ki, Çexiya nəticə ilə fəxr edəcək.

Güclü qadın simvolu ilə ardıcıl ikinci cəhdini edəcək olan ölkə 2007-ci ildən Avroviziya Mahnı Müsabiqəsinə qoşulub və cəmi 4 dəfə böyük final mərhələsinə yüksəlib.