Mayın 11-də Pier Head-in “EuroVillage” səhnəsində BBC filarmonik orkestrasının müşayiət ilə təqdim edəcəyi yeni albomunda Krım tatar xalq mahnıları üstünlük göstərəcək.

İfaçı bu albomunda dinləyicilərinə insanların az bildiyi bir mədəniyyəti dilə gətirməyə çalışacaq. “QIRIM” adlanan alboma hər biri Kırımın bir hissəsini təmsil edən 14 köhnə mahnı daxildir. Albomun yaradılmasına 80-dən çox Krım musiqiçisi qoşulub.

Avroviziya ulduzu yeni albomu üçün dinləyicilərinə sual da ünvanlayıb:

“Nəsildən-nəslə ötürülən musiqinin tarixi gözəlliyinin yaddaşını silmək mümkündürmü?”

Tatar və erməni mənşəli ukraynalı müğənni Susana Alim qızı Camaladinova 2016 Avroviziya Mahnı Müsabiqəsində “1944” mahnısı ilə Ukraynaya 2-ci qalibiyyəti gətirmişdi.

Siz, Azərbaycanın rəsmi Avroviziya fan klubunun saytını ziyarət edərək və sosial şəbəkələrdə bizi izləyərək müsabiqə ilə bağlı ən maraqlı, operativ və dəqiq xəbərlərdən məlumatlana bilərsiniz!