Londonda “Royal Albert Hall”-da keçirilən on üçüncü Avroviziya Mahnı Müsabiqəsi rəngli yayımlanan ilk Avroviziya Mahnı Müsabiqəsi idi. Artıq bir neçə ildir ki, Avropa çartlarında dominantlıq edən Kliff Riçard doğma ölkəsini təmsil etmək qərarına gəldikdən sonra bukmeker kontorları Krallığın növbəti qələbəsinə əmin idi.

Təbrik edirik… ikinci yeri tutduğunuza görə!

Almaniya, Birləşmiş Krallıq, Fransa, İsveç, İsveçrə, Niderland, Norveç və 1968-ci il müsabiqəsini rəngli yayımlasa da, evdə çox az sayda televiziya tamaşaçısının rəngli televizoru var idi. Lakin müsabiqənin rəngli formatda yayımlanması saxlanıldı və o vaxtdan bəri bütün mahnı müsabiqələri əsasən rəngli formatda yayımlandı. Bəzi ölkələr onları təmsil etmələri üçün əcnəbi müğənnilər ilə razılaşdılar: Almaniyanı norveçli Venxe Mühre, Avstriyanı isə Praqadan olan Karel Qott təmsil etdi.

Qalib haqqında

1968-ci il Avroviziya Mahnı Müsabiqəsində qələbəni Birləşmiş Krallıq təmsilçisi və böyük favorit Kliff Riçardın “Congratulations” mahnısını cəmi bir xal qabaqlamaqla ispaniyalı Massiel əldə etdi. Əvvəlcə Massielin “La la la” mahnısını mahnını katalan dilində ifa etmək istəyən ispan müğənni Joan Manuel Serrat oxumalı idi. İspaniya rəsmilərinin tələbi ilə Joan Manueli eyni mahnını ispan dilində oxuyan Massiel əvəz etdi.

Faktlar və rəqəmlər

• 1968-ci il Avroviziya Mahnı Müsabiqəsi təkcə iştirakçı ölkələrdə deyil, bütün Şərqi Avropa və Tunisdə də yayımlandı;

• Keti Boyl üçün bu, onun aparıcı kimi artıq üçüncü Avroviziya Mahnı Müsabiqəsi idi, amma sonuncu deyil: xanım Boyl da şanssız Kliff Riçardın etdiyi kimi, bir daha müsabiqəyə qayıdacaqdı!