Bu gün Birləşmiş Krallığın Liverpul şəhəri 67-ci Avroviziya Mahnı Müsabiqəsinin böyük finalına ev sahibliyi edəcək.
Baş tutan iki gərgin yarımfinal mərhələsinin ardından nəhayət bu gün “Kalush Orchestra” tərəfindən təqdim ediləcək qalibiyyət mükafatı olan büllur mikrofon öz yeni sahibini tapacaq.
Bəs qalib kim olacaq? Bu sual hər kəsə çox maraqlıdır. Aylardan bəri yarışmanın əsas favoritlərindən sayılan İsveç həqiqətən də gecənin sonunda qalib gələ biləcəkmi?
Ötən yarımfinallarda olduğu kimi gəlin Bukmeyker kontrollarına və 10 potensial qalibiyyət namizədlərinə birlikdə nəzər salaq.
🇸🇪 İsveç: 52%
Görünən odur ki, gələn il bu yarışmaya məhz İsveç ev sahibliyi edəcək.
🇫🇮 Finlandiya: 22%
İsveç üçün əsas rəqiblərdən biri məhz Finlandiyadır. Ölkə bukmeker proqnozlarına görə xalq səsverməsini böyük bir fərqlə ön pillədə tamamlayacaq. Münsif səsverməsində gözləniləndən artıq xal almağı bacarsa, və ya rəqibi ilə arasında olan xal fərqi ara açan dərəcədə olmasa gecənin qalibi Finlandiya ola bilər.
🇺🇦 Ukrayna: 6%
Tək biz yox, fanatlar da bu mahnıya olduğundan daha çox əmsal verildiyini düşünür. Ukraynanın qalibiyyət şansı ötən ilə nisbətən daha aşağıdır.
🇮🇱 İsrail: 4%
Noa bu gecə İsrail üçün yadda qalan bir çıxış edəcək. Əmsallar da Noanın haqqının yerdə qalmayacağını göstərir.
🇪🇸 İspaniya: 3%
Blankanın nənəsindən ilham alaraq oxuduğu “Eaea” ilə təmsil olunan İspaniya demək olar ki, diriliş dövrünü yaşayır. Münsif səsverməsini 3-cü sırada bitirəcəyi gözlənilən İspaniya bukmekerlərin fikrincə xalq səsverməsindən çox aşağı bir xal alacaq.
🇨🇵 Fransa: 2%
La Zarra bu siyahıda ən yaxşı 3-cü sıraya kimi yüksəlməyi bacarmışdı. Görünən odur ki, gecə çox çəkişməli olacaq.
🇳🇴 Norveç: 2%
Norveç bu gecə ən yaxşı halda ilk 10-luğa daxil ola bilər.
🇮🇹 İtalya: 1%
Avroviziyanın göz bəbəyi olan ölkə İtalya üçün bu göstərici aşağı sayılır.
Düşünürük ki, daha yuxarı bir sırada olmağa layiqdir. Bunu gecənin nəticələri göstərəcək.
🇬🇧 Birləşmək Krallıq: 1%
Ev sahibi ölkənin öz evində bu uğuru əldə edəcəyini gözləmirik.
🇦🇹Avstriya: 1%
Avstriya gecənin ilk 10-luğuna daxil olacaq kimi görünür. Qalibiyyət üçün şansı artıq olmasa belə, ölkə üçün uzun müddətdir gözlənilən yaxşı nəticəni əldə edəcəyini düşünürük.
Müsabiqənin qalibinin adını öyrənməyə saatlar qala sizə bukmeykerlərə görə 67-ci Avroviziya Mahnı Müsabiqəsinin top 10-nu təqdim etdik. Görək Avropanın ən güclüsü kim olacaq?