Bu gün Birləşmiş Krallığın Liverpul şəhəri 2023 Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalına ev sahibliyi edəcək.

16 ölkənin final uğurunda mübarizə aparacağı böyük gecədə ilk yarımfinalda olduğu kimi 10 ölkə finala vəsiqə qazanacaq.

Ötən gün bukmeker kontrollarının proqnozları özünü doğrultdu və onların təxmin etdiyi məhz həmin on ölkə finalda yarışmaq haqqı əldə etdi.

İndi isə bukmekerlərin ikinci yarımfinal proqnozlarını müzakirə edək.

Avstriya: 93%

Teya və Salenanın axın başladan “Poe Poe Poe Poe Poe” rəqsi və cütlüyün enerjisi ilə birləşərək ortaya bu nəticənu çıxarır. Bukmekerlərin fikrincə onlar bu yarımfinalı birinci pillədə tamamlayacaqlar.

Avstraliya: 91%

Məşqlərə qədər ikinci planda qalan Avstraliya görünür ki, müsabiqə fanatlarının rəğbətini qazana bilib.

Kipr: 90%

Uzun müddət ağıllarda sual kimi qalan “Endryu canlı performansıda klipdəki kimi oxuya biləcəkmi?” sualına cavab tapdıq. Endryu güclü vokalı və düşünülmüş səhnəsi ilə finalda olmağa yol tapacaq.

Ermənistan: 89%

Brunetin canlı ifası ilə səhnədə göstərəcəyi breyk-dans onu finalda bir daha izləyə biləcəyimizi deyir.

Sloveniya: 87%

İlk gündən finalist kimi görünən qrup bu axşam bizi inanmırıq ki, təəccübləndirsin.

Litva: 84%

Monikanın ecazkar vokalı və həzin mahnısı Avropa tamaşaçısının qəlbinə toxunmağı bacarıb ki, əmsallar onaların finalda olacağına işarə edir.

Belçika: 82%

Qustafın məşqi görünür ki, uğurlu oldu. Son günlər Belçikanın əmsalları artmağa davam edir.

Gürcüstan: 80%

Bukmekerlərin fikrincə Gürcüstan illər sonra nəhayət final bileti əldə edəcək.

Polşa: 77%

Tənqitlər, hilə iddiaları, açılış mərasimdəki geyiminə yazdığı “Bejba” yazısı Blankanın bütün bunlara əhəmiyyət vermədiyini göstərir. Onun bugün olacaq, hərarətli çıxışı Polşanı finala saxlamağa yardımçı olacaq.

Estoniya: 53%

Qüsursuz vokal imkanını sərgiləyən Alika bkmekerlərin fikrincə finalda olacaq onuncu namizədir.

Danimarka: 50%

Reylinin sosial mediada olan populyarlığı görünür onun üçün bu yarışmada əlverişli olmayacaq.

Albaniya: 45%

Albina və Kelmendi ailəsi ilk gündən finala namizəd olaraq göstərilməyib. Amma bu Avroviziyadır. Kim bilir, böyük bir ailə həsrəti yaşayan yarışma tamaşaçıları onlara final bileti qazandıra bilər.

Yunanıstan: 39%

Bəlkə də, Yunanıstan da bir neçə ölkənin etdiyi səhvi etmiş ola bilər, təmsilçi seçimdə. Axı onlarında üstü örtülü olan daxili seçimi zamanı xaoslar baş vermişdi. Nəticə budur ki, izləyicilər Viktoru da sevməyib.

İslandiya: 23%

Gücdən bəhs edən Dilyanın mahnısı üçün təəssüf ki, final üçün yetəri qədər güclü deyil.

Rumıniya: 9%

Bukmekerlərin bu dərəcə aşağı əmsalı Rumıniyanın finala qalmasını möcüzə olacaq kimi göstərir.

San Marino: 8%

Hər il müxtəlif seçimlər edən, və sözün əsl mənasında finala qalmaq üçün hər bir yola əl atan San-Marinoya tək bir söz deyə bilərik,
“Bu il də olmadı”, qrup gecənin sonucusu olmağa namizədir.

Birinci yarımfinalda bütün təxminləri doğru olan bukmeker kontrolları görək bu gün bizi təəccübləndirə biləcəkmi?