
Nəhayət 5 həftəlik maratonun ardından İsveç bu gecə ölkəni Liverpulda 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək əsəri seçəcək.
“Friends“ arenada baş tutacaq möhtəşəm finalda 12 güclü namizəd qalib olmaq üçün mübarizə aparacaq. Onların arasında ölkəmizdə baş tutan 2012 Avroviziya Mahnı Müsabiqəsində əfsanəvi “Euphoria” mahnısını ilə qalib gəlmiş Lorin də var.
Sayca 63-cü “Melodifestivalen” seçim turu finalında çıxış sıralaması belədir.
1—Jon Henrik Fjällgren, Arc North feat. Adam Woods – “Where You Are (Sávežan)”
2—Tone Sekelius – “Rhythm of My Show”
3—Mariette – “One Day”
4—Marcus & Martinus – “Air”
5—Panetoz – “On My Way”
6—Maria Sur – “Never Give Up”
7—Smash Into Pieces – “Six Feet Under”
8—Kiana – “Where Did You Go”
9—Nordman – “Släpp alla sorger”
10—Loreen – “Tattoo”
11—Theoz – “Mer av dig”
12—Paul Rey – “Royals”
Gecənin nəticələrini 50% beynəlxalq münsiflər, 50% isə isveç xalqının səsverməsi bəlli edəcək.
Ənənəvi olaraq qalibi seçməkdə yardımçı olan beynəlxalq münsiflər isə bu ölkələrdəndir.
Avstraliya
Belçika
Xorvatiya
Latviya
Malta
İspaniya
Almaniya
Avstriya
Şou Bakı saatı ilə 23:00-da başlayacaq
İzləmək üçün keçid linki –