İsveçin ən böyük mahnı müsabiqəsi olan “Melodifestivalen”-in qurucusu SVT kanalının rəsmi saytında İsveçdəki ingilis dilli, eyni zamanda digər ölkələrdən olan fanatlar üçün ingilis dilində rəsmi səsləndirilən canlı yayım baş tutacaq. Bu sahədə artıq təcrübəli olan və 4-cü dəfə bu işi görəcək diktor Bella Kvistə Avroviziya fanatlarına yad olmayan biri, “Wiwibloggs”-un jurnalistlərindən biri Uilyam Li Edams dəstək olacaq.

“Melodifestivalen”-in layihə rəhbəri Anders Vistbaka:

“Melodifestivalen” Avropada, eləcə də dünyanın hər bir nöqtəsində çox məşhur layihədir və bunu dünyanın digər bölgələrindəki insanlara çatdırmaq mükəmməl bir şeydir. Bella bu vaxta qədər işini mükəmməl yerinə yetirib və indi ona Avroviziyanın sevilən simalarından biri kömək edəcək.

Qeyd edək ki, Uilyam Avroviziya üçün bir neçə layihələrdə artıq iştirak edib və bəzi milli seçim turlarında münsif qismində də çıxış edib. Bu da onun “Melodifestivalen”-də ilk iştirakı deyil, hansı ki 2016-cı ildə o, “Studio Eurovision” adlı verilişə aparıcılıq etmişdir.

Edams bildirib:

“Melodifestivalen”-də 10 dəfə iştirak etmişəm, lakin hələ də İsveç musiqisində başa düşmədiyim bir çox məqam var. Bu sahədə Bellanın perspektivini almaq yaxşı olacaq və bu dəfə bir isveçli ilə ən layiq şəkildə bu işə yanaşacağam. “Friends Arena”-da, yalnız Dünya Kuboku və Olimpiyadada görülən bir abu-hava olur. Bu abu-havanı öz dostum “Mello fanat”larla hiss etmək sözlə ifadə edilməz bir duyğudur.”

Bella Qvist:

“Bu işə yenidən layiq görüldüyüm üçün çox sevincliyəm. Minlərlə dəstəkçi və onların səs-küyü arasında “Melodifestivalen”-i diktə etmək çox həyəcanlandırıcı və qürur verici bir hissdir. Bu dəfə mənə Uilyamın yoldaşlıq etməsi isə məni daha da həvəsləndirir” – jurnalist bildirib.

“Melodifestivalen 2024”-ün finalını 9 mart 2024-cü il, Bakı vaxtı ilə saat 23:00-da rəsmi SVT səhifəsində izləyə bilərsiniz.