Almaniyanın milli seçim turu olan “Unser Lied für Liverpool” müsabiqəsinin qalibi 50% ictimai səsvermə və 50% münsiflər heyətinin səsverməsi ilə seçiləcək.
Qələbə üçün mübarizə aparacaq olanlar belədi:

TRONG — “Dare to Be Different”
Rene Miller — “Concrete Heart”
Anika Russo — “Once Upon a Dream”
Lonely Spring — “Misfit”
Uill Çörç — “Hold On”
Petti Gerdi — “Melodies of Hope”
İkke Hüftqold — “Lied mit gutem Text”
Frida Qold — “Alle Frauen in mir sind müde”
Lord Of The Lost — “Blood and Glitter

İctimai səsvermə onlayn, telefon və SMS səsverməsindən ibarətdir. Beynəlxalq münsiflər heyətinin səsverməsi hər biri beş nəfərdən ibarət səkkiz beynəlxalq münsiflər heyətindən ibarətdir. Bu gecə bu işdə Almaniyaya kömək edəcək ölkələr bunlardır.

İsveçrə
Niderland
Finlandiya
İspaniya
Litva
Ukrayna
Avstriya
Birləşmiş Krallıq

Şou Barbara Şöneberger tərəfindən təqdim olunacaq.
“The BossHoss” qrupu və İlse Delanqe interval aktlarda çıxış edəcəklər. İlse Delanqe Avroviziya pərəstişkarlarına heç də yad deyil o, Avroviziya Mahnı Müsabiqəsi 2014-də ikinci yeri tutan “The Common Linnets”-in solisti idi. “The BossHoss” və İlse Delanqe şou zamanı öz yeni “YOU” mahnısını ifa edəcəklər.