2021 Avroviziya Mahnı Müsabiqəsinin qalibi “Måneskin” yenə dinləyicilərini təəccübləndirərək “Måneskin” artıq unudulub deyənləri” məyus etdi. Dünya şöhrətli, əfsanəvi kantri ifaçısı Dolli Parton öz “Instagram” hesabında paylaşım edərək bu yaxınlarda yayımlanan “Rockstar” albomuna 2 yeni mahnı əlavə edildiyi məlumatını verib. Bu iki mahnıdan biri ilk dəfə 1973-cü ildə yayımlanan və Dollinin ən populyar mahnılarından “Jolene”, 50 il sonra “Måneskin” ilə duet şəklində, tamamilə fərqli tərzdə dinləyicilərə təqdim edilib. Əslində bu mahnını “Måneskin”in ifasında ilk dəfə eşitmirik. Hələ bir neçə ay əvvəl baş tutan konsertlərində qrup bu mahnını öz janrında ifa etmişdi.

Bunu da bildirək ki, Dolli sözügedən “Rockstar” albomunda Stinq, Mayli Sayrus, Lizzo, Stiven Teylor və bir neçə ulduzlarla duetlər ifa edib.

Hazırda albomun “Måneskin” ilə duetin daxil olduğu versiyasını sadəcə Dolli Partonun rəsmi vebsaytından yükləmək mümkündür və yaxın zamanlarda musiqi platformalarında yayımlanması gözlənilir.