Stokholm Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etdikdən 13 il sonra 2013-cü ildə müsabiqə İsveçin Malmö şəhərindəki Malmö Arenada keçirildi. İki yarımfinal hansı iyirmi ölkənin—hər yarımfinaldan on ölkə olmaqla—“böyük beşliyə” (Fransa, Almaniya, İtaliya, İspaniya və Birləşmiş Krallıq) qoşulacağını və böyük finalda ev sahibi İsveçin də bu mübarizəyə qoşulacağı müəyyənləşdirildi.

Böyük finalın açılış mərasimində “ABBA”-dan Benni və Byörn və isveçli DJ Aviçi tərəfindən yazılmış “We Write the Story” adlı əsl Avroviziya himni səsləndirildi. Petra Mede şounu tək təqdim etdi, 1995-ci ildən bəri ilk dəfə solo aparıcı müsabiqəni apardı.

2013-cü il müsabiqəsinin şüarı “We Are One” idi.

Qalib haqqında

Sonda bütün həyacanlı anlardan və milyonlarla səsdən sonra Danimarka adına kuboku “Only Teardrops” mahnısı ilə evə aparan məhz Emmeli de Forest oldu.

Faktlar və rəqəmlər

• Səhnənin podiumunda sənətçiləri yuxarı qaldıran bilən mexanizm var idi. Bununla belə, yalnız Lorin tərəfindən interval akt və Birləşmiş Krallıq təmsilçisi Bonni Tayler tərəfindən istifadə edilmişdir;

• Ukraynanın performansı sırasında ABŞ-da yaşayan ən hündür insan İqor Vovkovinski çıxış edib. İqor çıxışı zamanı Ukrayna təmsilçisi Zlatanı səhnəyə çıxarıb.