Birləşmiş Krallıq Kralı III Çarlz və Kraliça Kamilla bu il 67-ci Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək “M&S Bank Arena”-da olublar.

2023 Avroviziya Mahnı Müsabiqəsinə sayılı günlər qala Birləşmiş Krallıq Kralı III Çarlz və həyat yoldaşı Kamilla onlar üçün “M&S Bank Arena”-da təşkil edilən xüsusi tura qatılıb.

Kral və Kraliça tədbirə ev sahibliyi etməyə hazırlaşan yaradıcı heyətlə görüşüblər. Onlar, həmçinin şəhərə səfər etdikləri ərəfədə Liverpulun Odessanın Regional Elmi Kitabxanası ilə həmkarlıq etməsini qeyd etmək üçün Liverpul Mərkəzi Kitabxanasını da ziyarət edəcəklər. Onlar eyni zamanda müsabiqə ilə yanaşı Liverpulda keçiriləcək iki həftəlik festivalda çalışan insanlarla da görüşəcəklər.

Kral Çarlz və həyat yoldaşı, həmçinin ukraynalı müğənni Yuliya Sanina, Ted Lasso, aktrisa Hanna Vaddinqham və BBC Radio 2-nin şərhçiləri Rylan və Skott Mills kimi Eurovision aparıcıları ilə söhbət edib.

BBC-nin baş direktoru Tim Deyvi deyib:
“Bizim üçün Kral və Kraliçanın bu gün Avroviziya Mahnı Müsabiqəsinin səhnəsinə çıxması böyük şərəfdir. Bu səhnənin Liverpul və bütün dünyada televiziya ekranlarını işıqlandırmasını səbirsizliklə gözləyirik”

Kral və Kraliça Birləşmiş Krallığı builki müsabiqədə təmsil edəcək müğənni Mey Müller ilə də görüşüblər Kral təmsilçiyə onu böyük maraqla izləyəcəyini deyib.