INFE Azerbaijan

Official Member of INFE Network

Birləşmiş Krallıq 2023-cü ildə Avroviziyaya ev sahibliyi edəcək!

Avropa Yayımlar Birliyi və BBC 2023-cü il Avroviziya Mahnı Müsabiqəsinin ev sahibinin Birləşmiş Krallıq olacağını təsdiqləyib.

AYB daha öncə etdiyi açıqlamada Ukraynanın gələn il müsabiqəyə ev sahibliyi etməsinin ictimaiyyətin təhlükəsizliyini təmin etmədiyini və müsabiqənin harada keçirilməsi ilə bağlı müzakirələrin davam etdiyini bildirmişdi. Bu müzakirələr nəticəsində, müsabiqənin 2-ci yer sahibi Böyük Britaniyaya 67-ci Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi təklifi edilib.

Beləliklə, 2023-cü ildə Birləşmiş Krallıqda keçiriləcək Müsabiqənin aparıcılıq vəzifəsini BBC öz üzərinə götürəcək. Ukrayna kanalı UA: PBC nümayəndələri şouda “Ukrayna elementlərini” hazırlamaq və həyata keçirmək üçün BBC ilə birgə çalışacaq.

UA: PBC İdarə Heyətinin Rəhbəri Mykola Chernotytskyi verdiyi açıqlama qeyd edib:

“2023 Avroviziya Mahnı Müsabiqəsi Ukraynada deyil, Ukraynaya dəstək üçün keçiriləcək. Bizimlə həmrəylik nümayiş etdirdikləri üçün BBC tərəfdaşlarımıza minnətdarıq. Əminəm ki, biz birlikdə bu tədbirə Ukrayna ruhunu əlavə edə və bir daha bütün Avropanı sülh, dəstək, müxtəlifliyi və istedadı qeyd etmək kimi ümumi dəyərlərimiz ətrafında birləşdirə biləcəyik.”

Həmçinin, müsabiqənin loqosu da qalib və ev sahibi ölkələrin əməkdaşlığını əks etdirəcək.

Gələn ilin ev sahibi şəhəri isə bu həftə başlanacaq tender mərhələsindən sonra gələn aylarda seçiləcək.

Next Post

Previous Post

© 2022 INFE Azerbaijan

Theme by Anders Norén