Bu gün Təl-Əvivdə baş tutacaq 64. Avroviziya mahnı müsabiqəsinin biletlərinin satışına start veriləcək.
Ölkənin ictimai yayımçısı KAN-ın verdiyi məlumata görə biletləri bu gün saat 19:00- dan (Mərkəzi Avropa saatı) etibarən bilet satış şirkəti Leaan-nin rəsmi saytından online şəkildə əldə etmək mümkün olacaq.
Müsabiqənin rəsmi saytı bilet almaq istəyən şəxslərə diqqətli olmağı tövsiyyə edir. Belə ki, bu il ifaçıların çıxışlarını gözlədiyi “Green Room” (Yaşıl Otaq) və əsas zal bir-birindən ayrı binalarda yerləşdiyi üçün hər biri üçün fərqli biletlər satışa çıxarılacaq : Əsas zal
Expo Təl-Əvivin 2-ci pavilyonunda, “Green Room” isə arenaın birinci pavilyonunda yerləşir. Odur ki, bilet almadan öncə bu məsələ ilə bağlı bir qədər diqqətli olmağınız tövsiyyə edilir.
Əsas zalı biletləri
Əsas zalı biletlərinin qiymətləri 300 “shekel”dən başlayacaq. Qiymətlərlə bağlı ətraflı məlumatı burdan əldə edə bilərsiniz.

“Green Room” biletləri:
Əsas zaldan ayrı bir binada olacaq “Green Room” arenanın birinci pavilyonunda yerləşir. Bura əsasən VİP qonaqlar üçün nəzərdə tutulub və qiymətləri əsas zala nisbətən daha bahadır.

Müsabiqənin təşkilatçıları biletlərin rəsmi tərəfdaş bilet satış şirkəti Leaan vasitəsilə satın alınmasını şiddətlə tövsiyə edir!
Biletləri BURDAN əldə edə bilərsiniz!