Bu gün Bakı vaxtı ilə saat 00:00-da Serbiyanın paytaxtı Belqradda, RTS kanalının 8-ci studiyasından yayımlanan “Beovizija 2019” seçim mərhələsinin ilk yarıfinalı baş tutub. Şounun aparıcılığını DraganaKosjerina və Ivan Mihailović ediblər. Şounun ən maraqlı məqamlarından biri Yuqoslaviyanın son təmsilçisi (1992) olan Extra Nena grupunun 28 il aradan sonra birinci yarıfinalda yarışması idi. Toplamda 12 nəfərin mübarizə apardığı birinci yarıfinalın sonunda, juri və SMS səsləri vasitəsilə 6 iştirakçı finala vəsiqə qazanıb. Bu gün keçirilən birinci yarıfinalın nəticələri aşağıdakı kimidir:

  1. Funked Up – “Zašto da se ne desi”
  2. Aleksandra Sekulić – “Tugo” (Finalist)
  3. Osvajači – “Voda i plamen ”
  4. Dunja Vujadinović – “7”
  5. Mr. Doo – “Do 100”
  6. Sashka Janx – “Da li čuješ moj glas” (Finalist)
  7. Ivan Kurtić – “Bela” (Finalist)
  8. Sofija Perić – “Aritmija” (Finalist)
  9. Extra Nena – “Još ti čujem glas”
  10. Eleonora – “Samo lagano”
  11. Wonder Strings & Ivana Vladović – “Moja bol” (Finalist)
  12. Nataša & Una – “Samo bez straha” (Finalist)

Qeyd edək ki, Dunja Vujadinović-in mahnısın bəstəkarı Ljiljana Jorgovanović, Željko Joksimović-in 2012-ci il üçün hazırladığı “Synonim” mahnısının söz yazarıdır. Mr. Doo-nun isə mahnı yazarları ölkənin keçən ilki təmsilçisi Sanja Ilić və Željko Joksimović-in “Lane Moje” (Serbiya və Monteneqro 2004) mahnısnın müəllifi Leontina Vukomanović-dir.