Qustafın Liverpulda səsləndirəcəyi “Becouse of You ifasını bir araya gətirəcək tam yaradıcı heyət bunlardır:

İv Rut: yaradıcı direktor və xoreoqraf

Hans Pannekuk: rejissor

İqnas Dez: işıq dizayneri

Tom Erebut: stilist

Roen Lommelen: musiqi klipi üçün vizualların direktoru

Uolter Van Beyrendonk: Qustafın paltarının dizayneri

Hans Pannekuk 2014-cü ildə Kopenhagendə “Calm After the Storm” mahnısı ilə Niderlandın ikinci yeri tutmasından sonra Avroviziya pərəstişkarlarına tanış addır. O , “Slow Down” (Niderland 2016), “Stones” (İsveçrə 2018), “Oulaw In ’Em” (Niderland 2018) və bir sıra digər Avroviziya mahnıları üzərində işləmişdir.

Qustafın əri Roen Lommelen, Belçikada “Eurosong 2023”-də olduğu kimi, performansın səhnə vizuallarını tərtib edəcək.

Qustaf 2016-cı ildən bəri Avroviziya üçün Belçikanın milli seçim turuna qatılırdı. “Eurosong 2023”-də qalib gəldikdən sonra Belçikanı təmsil etmək üçün haqq qazandı. Nə münsiflər heyətinin, nə də ictimai səsvermənin qalibi olmasına baxmayaraq, Qustaf ümumilikdə ən yüksək xal topladı və qalib elan edildi.

Qustafın mahnısı “Because of You” Caua Allul və həmçinin Qustafın özü tərəfindən yazılmış və bəstələnmişdir. Öncəki Belçika təmsilçiləri Sennek (2018) və “Hooverphonic” (2021) üçün dəstək vokalçısı kimi çıxış edən Qustaf Avroviziya səhnəsinə yad deyil.

Belçika mayın 11-də keçiriləcək ikinci yarımfinalın ilk yarısında çıxış edəcək.