Azərbaycanın ilk milli televiziya-musiqi müsabiqəsi “Bakı Payızı” 35 ildən sonra yenidən efirə qayıdır.

Azərbaycanın ilk milli televiziya-musiqi müsabiqəsi “Bakı Payızı” ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında yaranmış, lakin uzun müddət keçirilməmişdir. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra “Bakı Payızı” müsabiqəsi 80-ci illərdə yenidən estrada musiqisinə töhfələr verməyə başlayır. “Bakı Payızı-83” və “Bakı Payızı-85” müsabiqələrindən ilhamlanaraq zamanının istedadlı və gənc rejissorlarından biri olan Sevinc Kərimova müsabiqəni yenidən bərpa edərək 1988-ci ildə sonuncu dəfə keçirir. 35 ildən sonra yenidən efirə qayıtmaq barədə məlumatı isə rejissor Sevinc Kərimova sosial şəbəkə hesabında paylaşım edib. Uzun müddətdən sonra keçiriləcək müsabiqənin ilin sonunda Azərbaycan Dövlət Televiziyasının Mədəniyyət Televiziyasında yayımlanması nəzərdə tutulub.

https://www.instagram.com/p/CnVC8BTo7o3/


Qeyd edək ki, müsabiqədə 5 fərqli janr üzrə mübarizə aparılacaq: müasir vokal, orijinal janr, xoreoqrafiya, pop və rok qrupları, bəstəkarlar.

“Bakı Payızı” müsabiqəsinin XX əsrin ortalarından sonra bir çox mahni müsabiqəsinə ilham verən İtaliyanın məhşur “Sanremo Musiqi Festivalı”ndan ilhamlandığı faktı da istisna edilmir. Səhnəmizə Faiq Ağayev, Zülfiyə Xanbabyeva, Tünzalə Ağayeva kimi böyük sənətçilər bəxş edən müsabiqənin ilk qalibi 1988-ci ildə Xalq Artisti, Pop-Diva Aygün Kazımova olmuşdur.