2023 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı “TuralTuranX” dueti təmsil edəcək.
“TuralTuranX” kimdir?
2000-ci il oktyabr ayının 30-u Zaqatala şəhərində anadan olublar.
Uşaqlıq illərində musiqi ilə peşəkar səviyyədə məşğul olmasalar da böyük maraq göstəriblər. “Vokal sənəti” üzrə qabiliyyət imtahanında ikisinin də “məqbul” almasına baxmayaraq, yalnız Turan Sumqayıt Musiqi Kollecinə daxil olub.
2019-cu ildə Tural gitara ifaçısı dostunun köməyi ilə birgə “The Red Jungle Band” adlanan ilk musiqi qrupunu yaratdı. “The Red Jungle” olaraq Ictimai TV-də yayımlanan “Yeraltı” verilişində “Rock tribute” və “Yuxu tribute” adlanan 2 proyektdə iştirak etmək şansları oldu.
Əlavə olaraq, ARB telekanalında yayımlanan “İfşa çətin hədəf” seriyalının 2 bölümündə əkiz rolunda, AZTV-nin 2022-ci il üçün nəzərdə tutulmuş yeni il proqramında musiqiçi matros rolunda və bir neçə şəxsi video klip və qısa filmlərdə oynayıblar.
Qeyd edək ki, Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.
Tural və Turan Azərbaycan üçün 9 may tarixində 1-ci yarımfinalın ikinci hissəsində finala keçmək uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, 2023 Avroviziya Mahnı Müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.
- Müsabiqənin ən uğurlu qaliblərindən biri – 1976 - 27/03/2023
- “Israel Calling” təxirə salına bilər - 27/03/2023
- Bu il finalda Azərbaycanı görə biləcəyik? - 26/03/2023