İyunun 11-də Heydər Əliyev Sarayında müasir Azərbaycan tarixində ilk dəfə olaraq ilk irimiqyaslı rok festivalı keçirilib.
AZƏRTAC-ın məlumatına görə Əməkdar artist İnarə Babayevanın quruluşçu rejissoru olduğu gecənin aparıcılığını isə keçmiş nümayəndə heyəti rəhbərimiz Hüsniyə Məhərrəmova edib.
TMB Azərbaycan Televiziyasının təşkil etdiyi festivalın məqsədi Azərbaycanda rok janrını tanıtmaq, təbliğ və inkişaf etdirməkdir.
Festivalda “Eurovision” 2017 təmsilçimiz Diana Hacıyeva da iştirak edib. O, səhnəyə “Free From Four” qrupunun üzvü kimi çıxıb. Dihaj qrupunun digər üzvü Əli Nəsib isə “Dədə Baba” qrupu ilə birlikdə çıxış edib.

Festivalda “The Passion”, “Orxan Efendi”, “Qara Dərviş”, “Groove IN spires”, “Sadnos”, “CODA” və “Evil Decay” kimi qruplar çıxış ediblər.
Rok Festivalı növbəti günlər “Albion” konsert zalında davam edəcək, bağlanış konserti isə “Hard Rok” kafedə olacaq.
Mənbə: AZƏRTAC