© Chloe Hashemi / EBU

Son 2 ildə Azərbaycanın milli seçimində iştirak edən bəstəkarların milliyətlərində mühüm dəyişikliklər olub. Bu il finalda mübarizə aparan 6 mahnı arasından sadəcə Səbinə Quluzadənin ifa etdiyi mahnı isveçli musiqiçilər tərəfindən bəstələnib.

Geriyə dönüb baxsaq görərik ki, ölkəmiz müsabiqəyə qatıldığı 15 il ərzində cəmi 2 dəfə yerli işlə təmsil olunub. 2008-ci ildə “Day After Day” mahnısının ərsəyə gəlməsində iştirak edən Gövhər Həsənzadə və Zəhra Bədəlbəyli ölkəmizin musiqi xadimlərinin bu sferada uğurlu işlər görməyə yetərincə bacarıqlı olduğunu sübut etdi. Lakin bundan sonra yerli bəstəkarlara üstünlük verilmədi və durğunluq dövrü başladı.

© Gövhər Həsənzadə (Facebook)

15 illik həsrətdən sonra zaqatalalı əkizlər özlərinin “Tell Me More” mahnıları ilə yenidən yerli məhsulu Avropa arenasına çıxarmağa nail oldu.

Son iki ildə ölkəmiz adına yarışacaq mahnını təyin etmək üçün yerli bəstəkarlara üstünlük verilməsi bizi bu il də bu mövzunun aktuallığını saxladığını düşünməyə sövq edir.

Son 10 müsabiqədə qabil gələn mahnıların 5-ində yeri dilin olduğu amilini nəzərə alsaq, heç də doğma ana dilimizin bu siyahıya qoşulmasını istisna etmərik.

Son illərdə yerli dillərdə olan mahnıların Avroviziya zirvəsini fəth etməsi bizə bir şeyi xatırlatdı. Bu, daha bəstəkar yetişdirmiş Odlar Yurdunun yenidən öz bəstəkarlarına güvənməsinin zamanıdır.