Ölkəmizi 67-ci Avroviziya Mahnı Müsabiqəsində “Tell me More” adlı mahnı ilə təmsil edəcək “TuralTuranX” Böyük Britaniyada keçiriləcək “London Eurovision Party”-də çıxış edəcəklər.
Parti 2000 nəfərlik tutumu olan “HERE at Outernet” arenasında keçiriləcək.
Ölkəmizdən təmsilçilər artıq 3-cü dəfədir ki, bu partidə çıxış edəcəklər. Daha əvvəl Sabina Babayeva tanıtım turu üçün əfsanəvi “When The Music Dies” mahnısını ilə orada çıxış etmişdi.
Ölkəmizdən sonuncu dəfə “London Eurovision Party”-də 2013-cü ildə Nigar Camal iştirak edib.
Artıq 18 ifaçı partidə iştirakını təsdiqləyib.
🇦🇿 Azərbaycan: TuralTuranX
🇬🇧 Böyük Britaniya: Mae Muller
🇸🇮 Sloveniya: “Joker Out”
🇮🇪 İrlandiya: “Wild Youth”
🇲🇰 Şimali Makedoniya: Tamara Todevska (2008, 2019)
🇦🇹 Avstriya: Teya və Salena
🇦🇺 Avstraliya: “Voyager”
🇱🇹 Litva: Monika Linkyte
🇫🇷 Fransa: La Zarra
🇳🇴 Norveç: Alessandra
🇸🇲 San Marino: “Piqued Jacks”
🇵🇱 Polşa: Blanka
🇲🇩 Moldova: Paşa Parfeni
🇪🇪 Estoniya: Alika
🇭🇷 Xorvatiya: “Let 3”
🇪🇸 İspaniya: Blanca Paloma
🇵🇹 Portuqaliya: Mimicat
🇮🇸 İslandiya: Dilja
