Avstriya təmsilçiləri Teya və Salena cütlüyü səsləndirəcəkləri “Who the Hell Is Edgar?” mahnısı ilə bağlı keçirdikləri mətbuat konfransında bunları deyiblər: “Bu əyləncəli mahnını hazırlayarkən keçirdiyimiz xoş hissləri sözlərlə ifadə etmək istədik və bunu siz dinləyicilərə çatdırmağa çalışdıq. Biz öz şəxsi təcrübələrimizi də mahnıya əlavə etmişik. Mahnıda güclü mesaj və müəyyən dərəcədə ciddilik var. Biz özümüzü Avroviziya ailəsinin bir hissəsi kimi görürük.”
“Who the Hell Is Edgar?” mahnısının bəstəkarları Teodora Spiriç, Selina-Maria Edbauer, Ronald Yaneçek və Pele Lorianudur.
