Avroviziya sezonu bitib. Və fanatların artıq mənəvi boşluğa düşdüyünü hiss etmək mümkündür. Məlum məsələdir ki, sevdiyimiz yarışmadan bir neçə ay uzaq və xəbərsiz qalmaq məcburiyyətindəyik.
Təbii ki, biz bu müddət ərzində sizlər üçün çalışacağıq.
İndi isə sizlərlə bu çətin günlərin öhdəsindən necə gələ bilərik deyə 5 sadə üsul təqdim edəcəyik.

1-ci üsul:

Mey Müller kimi mahnı yaza bilərsiniz.

Yaşadığınız gözəl xatirələri musiqi sədaları vasitəsilə dinləyicilərə ötürmək gözəl bir hiss olmaldır.
Baxmayaraq ki, bu Mey Müllerdə alınmadı, bəlkə sizdə alınar? Bəlkə də ölkəmizi növbəti ildə sizin yazdığınız mahnı təmsil edə bilər.

2-ci üsul:

Marko və onun gümüşü köynəyi.

Avroviziyada mahnılar, bayraqlar və təmsilçilər qədər onların geyimlərinin də maraq dairəsində olduğunu bilirik.

Bəlkə siz də növbəti il üçün görkəmli bir geyim dizayn edə bilər, hətta özünüzü moda sahəsində görə bilərsiniz.
Ümid edirik, bu geyim sonda fanatlar tərəfindən “Barbara Dex” mükafatına layiq görülməz.

3-cü üsul:

Noa Kirel və onun əfsanəvi Təkbuynuzu.

Düşünürük ki, mahnının yazarları çoxlu əfsanəvi kitablar oxuyublar və bu, onlara “Unicorn” mahnısını yaratmağa ilham olub. Kitablar demişkən, Edqar Allan Po da gözəl bir seçim ola bilər.

Yay müddətində çoxlu kitablar oxuyub intellektual biliyinizi daha da artıra bilərsiniz. İlham pərisinin hardan gəldiyini bilmək olmaz.

4-cü üsul:

Blankanın led ekranları.

İsti və Avroviziyasız günlərin çətin olduğunu hamımız bilirik.

Blanka səhnədə ikən onun LED ekranlarındakı dəniz, qum və əyləncəli səyahətinə ilişib qalmamaq mümkün deyildi.

Bəlkə də Blanka bizə yaxşı bir tətilə ehtiyacımız olduğunu çatdırmaq istəyir. Elə isə çantalarınızı və günəş eynəklərinizi hazırlayın. Ümid edirik, Latviyadan olan “Sudden Lights” qrupu kimi çantalarınızı yolda unutmazsınız.

5-ci üsul:

Avroviziyanı qəlyanaltı olmadan izləmək olmaz.

Ev sahibi İsveçin şərəfinə dadlı İsveç peçenyesi olan Drömmar hazırlamağı öyrənin. Gələn il dostlarınızla birlikdə yarışmanı izləyərkən bunları dadmaq ləzzətli bir alternativ olar.

Bonus

Françesko Qabbani və onun rəqs edən meymunu.

Bir ev heyvanı sahiblənib ona rəqs etməyi öyrədin. Bir neçə hərəkət etsə bəsdir. İnanın ki, heç kəs anlamayacaq.