INFE Azerbaijan

Official Member of INFE Network

Avroviziya indiyə kimi ən uzaq şərq nöqtəsində – 2012

2012 Avroviziya Mahnı Müsabiqəsi Azərbaycanda, Bakıda keçirildi. Bu, müsabiqənin indiyə qədər keçirildiyi ən uzaq şərq nöqtəsidir.

Bakı 2012 Avroviziya Mahnı Müsabiqəsi üçün unikal şərtləri təmin etdi. Builki müsabiqənin şüarı “Light Your Fire” idi ki, bu da tədbirin Odlar Yurdu Azərbaycanda keçirildiyini nəzərə alsaq, şüar bu məqsədə əsaslanırdı.

Birləşmiş Krallıq tarixinin ən yaşlı təmsilçisini, 76 yaşlı Engelbert Hamperdinki göndərdi, Rusiyanı isə ümumi yaşı 500-dən yuxarı olan “Buranov nənələri” təmsil etdi!

İsveç adına eyforik qələbə

İsveç təmsilçisi Lorin həmin ilin əvvəlində İsveçin məşhur “Melodifestivalen” seçim turunda qələbə qazandığı andan bəri əsas favorit oldu. Onun “Euphoria” mahnısı Avropanı fırtına sürətilə ələ keçirdi və İsveç 2012-ci il müsabiqəsində böyük fərqlə qalib gəldi. Mahnı dünya miqyasında hit oldu və iki milyondan çox nüsxə sataraq bir neçə ölkədə bir nömrəyə yüksəldi.

Faktlar və rəqəmlər

• İlkin olaraq 43 yayımçı qeydiyyatdan keçsə də, sonda 42 yayımçı iştirak etdi. Ermənistanın ARMTV telekanalı son anda müsabiqədən çəkilib;

• Müsabiqənin son çempionu Eldar “Ell” Qasımov da Bakıda müsabiqənin aparıcısı oldu;

• “Euphoria”-ya ən yüksək xalı verən on səkkiz ölkə müsabiqə tarixində ən çox 12 xal alan mahnını müəyyənləşdirdi;

• Rona Nişliu “Suus” mahnısı ilə müsabiqə tarixində ölkəsinin yaxşı nəticəsinə imza atdı;

• Dünyaca məşhur əkizlər “Jedward” ardıcıl ikinci ildir ki, İrlandiyanı təmsil edir.

Next Post

Previous Post

© 2023 INFE Azerbaijan

Theme by Anders Norén