Avroviziya mahnı müsabiqəsi 2019-un ev sahibi kanalı KAN-ın açıqlamasına görə müsabiqə tarixində ilk dəfə İsrailin ictimai kanalı xüsusi texnika vasitəsi ilə fiziki məhdudiyyətli şəxslər (kar və kor) üçün müsabiqəni əlçatan edəcək.

Ev sahibi kanal KAN, fiziki məhdudiyyətli şəxslərin ehtiyaclarına uyğun olaraq müsabiqəni internet üzərindən müxtəlif versiyalarda canlı yayımlayacaq.

2014-cu ildən etibarən müsabiqənin bəzi iştirakçı kanalları
eşitmə məhdudiyyətli  insanlar üçün işarə dili ilə yayımlar edirlər:

  • Avstriya – ORF 2 (2016)
  • Danimarka – DR Ramasjang (2014, 2015, 2016)
  • Litva – LRT Kultura (2016)
  • Norveç – NRK Tegnspråk (2016, 2017)
  • İsveç – SVT24 (2016, 2018)

Qeyd edək ki, Avroviziya mahn müsabiqəsi 2019 “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı altında may ayında İsrailin paytaxtı Təl-Əvivdəki Ekspo Mərkəzində keçiriləcək.