Son günlərdə sosial şəbəkələrdə gəzən “Azərbaycanı bu şəxs təmsil edəcək” başlıqları ilə yayımlanan xəbərləri görürük. Bəzi platformalar xəbəri sızdıraraq mahnının adını bildiklərini və rəsmi şəkildə xəbərin bu həftə yayımlanacağını iddia edir. Bizim nümayəndə heyətindən aldığımız məlumat isə dəqiq heç nəyin olmamasıdır.

Bəs son mərhələyə gəlmiş 5 namizəd arasından Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək ad kim ola bilər? Gəlin birlikdə göz gəzdirək.

Şübhəsiz ki, son günlərdə adı ən çox çəkilən namizəd deleqasiyada yer alan şəxslərlə yaxınlığına görə bir ara qalmaqallara səbəb olan Mamagama qrupudur. Qrup ötən il Azərbaycanı “Kenga Magjike” yarışmasında təmsil etdiyi gündən bəri fanatlar onların Avropanın ən böyük səhnəsinə göndərilməsi arzusundadır. Şaiələr arasında sözü gedən qrupun “River” adlı mahnı ilə bu il müsabiqədə iştirak edəcəyi də var.

Fanatlar arasında ən az Mamagama qədər adı çəkilən Turan Tural qardaşlarını da müsabiqədə görmək istəyən böyük bir kütlə var. Onlar maraqlı obrazları ilə fanatların diqqətini digər iştirakçılardan daha çox çəkməyi bacarıblar. İctimai kanalın Youtube səhifənə yerləşdirdiyi videoları nəzərə alsaq izlənmə sayı ən çox olan video Turan Tural qardaşlarına məxsusdur. Media tərəfindən paylaşılan xəbərlər və postlara da nəzər yetirsək onların digər iştirakçılara nisbətən daha çox bəyənmə sayı və şərh aldığını da görərik.