14 May tarixində baş tutan Avroviziya Mahnı Müsabiqəsinin final gecəsində səsvermə zamanı bir neçə ölkəyə əlaqə qurulmamışdı. Bir neçə dəqiqə sonra AYB-dən verilən açıqlamaya əsasən 6 ölkənin (Azərbaycan, Gürcüstan, Montenegro, Polşa, Rumıniya, San Marino) həm yarımfinal, həm də final münsif səsverməsində qanunauyğunsuzluq aşkar olunduğu üçün bu addım atılmışdı. Qeyd edək ki, bu 6 ölkə də 2-ci yarımfinalda yarışırdı.

Azərbaycan deleqasiyası və kanalın açıqlamasına əsasən təşkilatçılar heç bir açıqlama vermədən öz istədikləri xalları Azərbaycan adına açıqlayıblar. Lakin AYB bildirir ki, finalda münsif nəticələri ləğv olan ölkələrin yeni nəticələri belə hesablanıb:

Həmin ölkənin yer aldığı qrupdakı (şəkildə görə bilərsiniz) digər ölkələrin münsif səslərinin ortalaması səsləri ləğv olan ölkənin adına yayımlanıb. (Məsələn: Final səsverməsi zamanı ekranda gördüyümüz Azərbaycanın səsləri Ermənistan, Ukrayna və İsrail münsiflərinin ortalama səsidir.)

Semi-Final Allocation Draw: Tuesday 25 January, 12:00 CET 🇮🇹 - Eurovision  Song Contest

BƏS NİYƏ BU HAL BAŞ VERDİ?

Bu sualı isə Avropa Yayımlar Birliyi bu gün cavablandırdı. Belə ki, adı çəkilən 6 ölkənin 4-ü (Azərbaycan, Gürcüstan, Rumıniya, San Marino) yarımfinalda münsif səsverməsində digər 5 ölkəni ilk 5-likdə qərarlaşdırıb. Bir ölkənin münsiflərinin (Monteneqro) ilk 6-da adı çəkilən digər 5 ölkə var. Polşa münsiflərinin səsverməsində isə ilk 7-də sözü gedən ölkələr var. Yəni, bu ölkələrdən 4-ü ən azı 1 dəfə mümkün olan ən yüksəs səs olan 12 xalı alıb. (aşağıdakı şəkillərdə ətraflı səsverməni görə bilərsiniz).

Maraqlısı isə ondandır ki, bu qanunauyğunsuzluq olmasaydı belə Azərbaycan finala vəsiqə qazanacaqdı. Sual isə belədir. 2013-cü ildən bəri səsvermədə qanunsuzluqla adı hallanan ölkəmizin belə bir skandalla yenə gündəmə gəlməsinin nəticəsi nə olacaq?