Ukraynaya 2008-ci ildə “Eurovision” mahnı müsabiqəsində ikincilik qazandırmış Ani Lorak vətənində qara siyahıya salınıb.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanı işğalından sonra Rusiyada kariyeralarını davam etdirmək qərarı verən bir neçə ukraynalı sənətçiyə qarşı sanksiya tətbiq edib. Bu sanksiyalardan sonra sənətçilər vətənlərində qalan pul və mülklərini idarə edə bilməyəcəklər.
Sanksiyaya məruz qalan ən böyük ad isə Ukraynanın xalq artisti Ani Lorakdır. 2014-cü ildə Ukraynanın ən çox gəlir əldə edən müğənisi olan xanım Lorek bununla da Kiyevdəki 400 kvadratmetr sahəsi olan elit mənzilinə əlvida deməli olub. Rusiyanın “StarHit” nəşrinin verdiyi məlumata görə bu mənzilin qiyməti nə az, nə çox 2,550,000.00 Azərbaycan manatıdır.
Qeyd edək ki, vətənində ona qarşı etirazlara baxmayaraq, Ani Lorak bu yaxınlarda yeni mahnısını rus dilində təqdim edib.