26 noyabr tarixində Fransanın Nitsa şəhərində baş tutacaq 21-ci Uşaq Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanı təmsil edəcək iştirakçı məlum olub.

Ölkələrini təmsil etmək hüququ qazanmaq üçün bu axşam Ranina 2023 müsabiqəsində beş gənc müğənni – Tako Tomaşvili, Soso Çaçua, Anastasiya Berişvili, Anastasiya Vasadze, Qabriel Lomsadze yarışırdı.

Müsabiqəsinin qalibi olan Anastasiya Vasadze Gürcüstanı 2023 Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.

Xatırladaq ki, ötən həftə Anastasiyanın “Ay, Laçın” mahnısını ifa etməsi Azərbaycan mediasında marağa səbəb olmuşdu.