Nutsa Buzaladze 68-ci Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanı təmsil edəcək.

Avroviziya fanatlarına heç də yad olmayan Nutsa 2017-ci ildə “White Horses Run” adlı mahnı ilə ölkəsi Gürcüstanı təmsil etmək üçün şansını sınamışdı. Uğur əldə edə bilməsə də o, öz dayanmayıb bu illər ərzində bir çox festivallara qatılmağa davam edir. 2019-cu ildə Nutsa təkcə gürcü yox, həm də ingilis dilində bəstələri əhatə edən “Nutsa22” adlı debüt albomunu buraxdı.

Hələ uşaq yaşlarından gitara, pianino və vokal dərsləri alan Nutsa “New Wave 2014” yarışmasının qalibidir. Müğənni Gürcüstana qayıtdıqdan sonra “Dancing Stars” layihəsində iştirak edib və zədələndiyi üçün yarışmanı 7-ci turda tərk etməli olub. 2015-ci ildə qatıldığı “O Ses Türkiye” yarışmasında 4 münsifi də özünə çevirməyi bacarıb.

2023-cü ildə qatıldığı “American Idol” yarışmasını ilk 12-likdə bitirərək beynəlxalq şöhrət qazanmağı bacarır. Nutsa dünyaca məhşur Kayli Minouq ilə də məhz bu səhnədə duet oxuyur.

Onun Avroviziya Mahnı Müsabiqəsində ifa edəcəyi mahnı yaxın həftələrdə paylaşılacaq.