Almaniyanın milli seçim turu “Unser Lied für Israel 2019”, bu axşam paytaxt Berlin şəhərində ölkənin bu ilin mayında keçirələcək 64-cü Avroviziya mahnı müsabiqəsi üçün təmsilçisini seçdi.
Barbara Schöneberger, Linda Zervakis və Peter Urbanın aparıclıq etdiyi gecədə qalib Alman tamaşaçıları, beynəlxalq ekspertlər və Avroviziya münsiflər heyətinin üzvlərinin birgə səsverməsi ilə müəyyən edildi.
Carlotta Truman və Laura Kästeldən ibarət olan S!sters (Bacılar) qrupu “Sister” (Bacı) adlı mahnı ilə Almaniya adına müsabiqədə mübarizə aparacaq.
Mahnının bəstəkarları Laurell Barker, Marine Kaltenbacher, Tom Oehler və Thomas Stengaarddır.