“Lost of the Lord” qrupu Almaniyanın milli seçim turu “Unser Lied für Liverpool”-un qalibi olub və Almaniyanı Liverpulda keçiriləcək
2023 Avroviziya Mahnı Müsabiqəsində “Blood and Glitter” mahnısı ilə təmsil edəcək.
2007-ci ildə fəaliyyətə başlayan “Lord of the Lost” qotik metal qrupudur. Qrupu müğənni və solist Kris Harms yaradıb.
Qrup ilk zamanlar “Lord” adı ilə fəaliyyət göstərirdi. Lakin qrup rəhbəri Harms “Lordi” və “The Lords” ilə mümkün ad mübahisələrinin qarşısını almaq üçün qrupun adını “Lost of the Lord” olaraq dəyişdirdi.
2010 və 2011-ci illərdə ard-arda iki yeni albom buraxan qrupun nə az nə çox 41 video klipi və 23 sınqlı var.
Onlar həmçinin repertuarlarında Ledi Qaqa, “Rammstein”, Merilin Menson kimi sənətkarların mahnılarına da yer verirlər.
Almaniya böyük beşlik ölkələrindəndir biridir və mayın 13-ü böyük finalda birbaşa yarışacaq.
