İsveçin Malmö şəhərində keçiriləcək 2024 Avroviziya Mahnı Müsabiqəsinin Almaniya seçmələri
16 fevral 2024-cü il tarixində “Das deutsche Finale 2024” adı altında Berlindəki “Studio
Adlershof”-da keçirildi. Proqrama 2018-ci il istisna olmaqla, 2014-cü ildən Almaniyanın bütün
seçim mərhələlərində bu rolu icra edən Barbara Şöneberger aparıcılıq etdi. Gəlin Almaniyanın
Avroviziya 2024 ərəfəsində keçdiyi yola nəzər salaq.

ARD (Almaniya yayım şirkəti) 2023-cü ilin iyul ayında ilkin qərarı təqdim etmək üçün bir sıra
şirkət və sənətçi ilə əlaqə saxladı. Rəsmi müraciət müddəti 7 sentyabr 2023-cü ildə başlayıb və 5
oktyabr 2023-cü ildə başa çatacaqdı. Lakin müraciət üçün son tarix 15 oktyabr 2023-cü il tarixinə
qədər uzadıldı. Uzadılmış müddət ərzində təxminən 50 əlavə ərizə təqdim edilmişdi. İlkin
seçimlərə ümumilikdə 495 solist, 71 düet və 127 qrup müraciət etdi.

2023-cü ilin noyabr ayının sonunda müsabiqədəki mahnıların sayının 32-yə endirildiyi elan edildi,
bunların təxminən 1/3-in sözləri almanca idi. Təqdim olunmuş mahnıların qiymətləndirilməsi
münsiflər heyətinin üzvlərindən və əvvəllər Avroviziya Mahnı Müsabiqəsində iştirak etmiş
sənətçilərdən ibarət 20 nəfərdən təşkil olunmuş beynəlxalq münsiflər heyəti tərəfindən aparıldı.

Qiymətləndirilməyən ifalar arasında Aleksandra Hofmann və Yorgen Olsen, “Ees”, Ester Filli,
“From Fall to Spring”, Kader Lot, Marina Marks, Tomas Qodoy, “Versengold”, “Wait! What?”
və “Zeitflug” kimi bir çox tanınmış sənətçilər və qruplar iştirak edirdi. 2017-ci ilin seçimlərində
iştirak edən Yosefin Buohler və keçmiş Avroviziya qalibi Yorgen Olsen də iştirakçılar arasında
idi. Daha əvvəl 2011-ci ildə Ukraynanın seçim mərhələsinin bir hissəsi olan ukraynalı Taniya
Voryeva da müraciət edənlər sırasında olsa da uğursuz oldu.

6 dekabr 2023-cü ildə ARD “Ich will zum ESC!”-in kastinq formatının qalibinin Almaniya finalı
“Das deutsche Finale 2024”-ün iştirakçılarından biri kimi seçiləcəyini elan etdi. “Ich will zum
ESC!”-in qalibi “Scars” mahnısı ilə Floryan oldu.

“Das deutsche Finale 2024” müsaiqəsində Almaniyanın təmsilçisi adını qazanmaq üçün Maks
Mutzke (Almaniyanın 2004-cü il təmsilçisi) və Almaniyanı 2001-ci ildə Avroviziya Mahnı
Müsabiqəsində təmsil edən Mişelin qızı Mari Reym də iştirak edirdi. Maks Mutzkenin iştirakı
“Das deutsche Finale 2024”-ü 2002-ci ildən bəri Almaniyanın keçmiş Avroviziya təmsilçisinin
iştirak etdiyi ilk Almaniya seçmə mərhələsi etdi. 16 fevral gecəsində baş tutan möhtəşəm final
gecəsinin qalibi “Always on the Run” mahnısı ilə İsaak oldu.