Kiprli müğənni, bəstəkar, prodüser, vokal məşqçisi və vokal aranjimançısı Alex Panayi bu il Azərbaycanın Avroviziya komandasındadır.
Ölkəmizi təmsil edəcək “TuralTuranX” bu gün öz instagram hesablarında vokal məşqindən paylaşdıqları qısa videoda onların vokal müəlliminin Alex Panayi olduğunu qeyd ediblər.
Bu günə qədər bir çox ölkədə fəaliyyət göstərən Panayi Avroviziyaya heç də yad bir sənətçi deyil. O, ölkəsi Kipri 1995 və 2000-ci illərdə müsabiqədə təmsil edib. 1989 və 1991-ci illərdə isə yenə də ölkəsi üçün bek-vokal olub.
Alex Panayi Elena Paparizu, Anna Vissi, Sakis Rouvas, Fabrizio Faniello, Sergey Lazarev kimi Avroviziya Mahnı Müsabiqəsində öz sözünü demiş sənətçilərin vokal məşqçisi olub.
2013-cü ildə Fərid Məmmədov, 2017-ci ildə Dihaj, 2018-ci ildə Aisel və Uşaq Avroviziya Mahnı Müsabiqəsi təmsilçimiz Fidan Hüseynovanın vokal məşqçisi olan Panayi bu il də “TuralTuranX” ilə birlikdə çalışır.