INFE Azerbaijan

Official Member of INFE Network

Albaniyada Azərbaycan musiqisi

Azərbaycanlı qrup Albaniyada keçirlən müsabiqədə növbəti mərhələyə keçib.

1999-cu ildən Albaniyanın “Televizioni Klan” kanalı tərəfindən təşkil edilən mahnı müsabiqəsi “Kënga Magjike” (Sehrli Mahnı Festivalı) iştirakçıları arasında azərbaycanlı qrup da yer alıb. Yeni fəaliyyətə başlamış Mamagama qrupu müsabiqədə özləri – Asef Mishiyev (Safael) və Roman Zilyanev (RomaZee) tərəfindən hazırlanmış “Dreamer” adlı mahnı ilə qatılıb.

Qrup bu bazar günü Albaniyanın paytaxtı Tirana şəhərində müsabiqənin növbəti mərhələsində – populyar və yeni ifaçıların mübarizə apardığı beşinci həftədə səhnəyə çıxıb. Qrup ilə birlikdə 4 ölkədən yeni ifaçılar və 3 məşhur alban müğənnisi yarışıb.

Jonida Maliqi (Avroviziya 2019) yer aldığı münsif heyətinin səslərinin sonunda Azərbaycan təmsilçiləri növbəti mərhələyə keçməyə haqq qazanıblar.

Mamaqama şou sonrası “Televizioni Klan” kanalına duyğularını paylaşaraq bunları deyib: “Kënga Magjike” mahnı festivalıdır və bizim üçün mahnı hər şeydən önəmlidir. İlk gündən biz albaniyalıların qonaqpərvərliyi valeh etdi. Düşünürük ki, gətirdiyimiz bu mahnı ilə sizlərə təşəkkür etməliyik.”

Qeyd edək ki, müsabiqədə Aurela Gaçe (2007, 2015) , Jonida Maliqi, Eneda Tarifa (2019) kimi ölkələrini Avroviziya mahnı müsabiqəsində təmsil etmiş ifaçılar iştirak edib və qazanıb.

Mamagama kimdir?


Mamagama 2022-ci ildə Bakıda yaradılmış musiqi qrupudur. Qrupun vokalçısı Səfael (Asəf Mişiyev) Bakıda doğulub boya-başa çatıb. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlayan Safaelin caz təhsilini var. Hazırda uşaqlar üçün vokal müəllimliyi edir və fərdi gitara dərsləri verir.
RomaZee (Roman Zilianev) beynəlxalq səviyyədə tanınmış və bir çox mükafatlara layiq görülmüş violonçel ifaçısıdır. Roma durmadan müxtəlif musiqi janrlarına müraciət etməsi və musiqi alətlərini çox tez öyrənmək qabiliyyəti ilə bilinir.
Səfael və RomaZee peşəkar musiqiçilərdir öz musiqi üslubları haqqında danışarkən onu “Çərçivə yoxdur” deyərək təsvir edirlər. Onlara görə musiqinin etiketi olmamalıdır.


Next Post

Previous Post

© 2023 INFE Azerbaijan

Theme by Anders Norén