Albina və Kelmendi ailəsinin performansı üçün kreativ direktor və Avroviziyadan öncəki çıxışlar açıqlanıb
“Eurovision Albania” Albina və Kelmendi ailəsinin Avroviziya 2023-də çıxışının arxasında duran kreativ direktoru açıqlayıb.
Saşa Jan-Batist 2023 Avroviziya Mahnı Müsabiqəsində alban səhnəsinin müəllifi olacaq. Və bu onun Albaniya ilə ilk iş birliyi deyil. Sonuncu dəfə 2021-ci ildə Ancela Peristeri Rotterdamda “Karma” mahnısını ifa etdiyində adı çəkilən şəxs bu ölkənin kreativ direktoru olmuşdur.
Sacha Jean-Baptiste Avroviziya mediasının tanınmış simasıdır. O, artıq 7 müxtəlif ölkə üçün son on ildə 17 səhnə quruluşu yaratmışdır. Onun ən diqqətçəkən səhnələri isə, Loreenin “Euphoria” ( İsveç , Eurovision 2012 qalibi ), Kristian Kostovun “Beautiful Mess” (Bolqarıstan, Eurovision 2017-də 2- ci yerin sahibi ) və əlbəttə ki, Eleni Fureyranın “Fuego”-sudur.
Daha öncə bildirildiyi kimi, Albaniyada mahnının yenilənməsi ilə bağlı işlər davam edir. Albina ötən həftə “Duje” mahnısının son versiyasının hazırlanması əsnasında yeni musiqi alətlərinin mahnıya əlavə edilməsi üçün İstanbula səfər edib. Mahnı tamamilə alban dilində ifa olunacaq və Festivali i Kengës-də eşidilən versiyadan fərqlənməyəcək.
Albaniya təmsilçilərinin Təl-Əviv, Barselona, Amsterdam və Varşavada keçiriləcək pri-partilərdə iştirak edəcəyi də təsdiqlənib.
Albina və Kelmendi ailəsi mayın 11-də keçiriləcək ikinci yarımfinalın ikinci yarısında çıxış edəcəklər.