Müğənni və bəstəkar AİSEL’ “SS Production” ilə ortaq çalışması olan “ON” adlı yeni musiqi albomunu dinləyicilərinə təqdim edib.
Albomda əsas musiqi janrı pop olsa da, eyni zamanda bir sıra kompozisiyalarda etnik motivlər və elektron musiqilərə yer verilib. Albomda ən çox diqqət çəkən məqam AISEL-in adi lirik musiqi repertuarından çıxıb qarşımıza yepyeni bir AISEL görməyimizdir.
10 mahnıdan ibarət albomun əksəriyyətinin həm musiqisi, həm də sözləri AİSEL-ə məxsusdur. “Dönən deyiləm” mahnısının sözləri Nəriman Abbaszadə, “Unuda bilmirəm” trekinin müəllifi isə Cey Hun’dur. Aranjiman, miks ustası Emin Kərimdir.
“ON” albomunun açılış sinqlı olan və videoklipi ilə birlikdə təqdim olunan “Qaradan Qara” tamaşaçılara və dinləyicilərə AİSEL-in nələr edə biləcəyini nümayiş etdirib. Qeyd edək ki, trekdə muğama da yer verilib.
